Bu gün Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi milli komandamız və AFFA rəhbərliyi 27 Sentyabr – Anım Günü münasibətilə xüsusi anma mərasimi keçirib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, futbolçular, məşqçi-texniki heyət və federasiya əməkdaşları 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


