FIA prezidenti Məhəmməd bin Sulayem Formula 1 Azərbaycan Qran-prisində iştirak edərkən Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri Bakı trekini möhtəşəm adlandıraraq burada tarixi irs ilə müasir memarlığın bir-birini tamamladığını vurğulayıb.
O bildirib ki, dövrümüzdə avtomobil idmanı yalnız pilotların mübarizəsi deyil, həm də biznes, turizm və əyləncə sahəsidir.
Bütün bu amilləri özündə uğurla birləşdirdiyi üçün Azərbaycanı təbrik edən bin Sulayem ölkəmizin Formula 1 ilə gələcəyə hesablanmış uzunmüddətli planlarına tam dəstək verdiklərini diqqətə çatdırıb.


