"Ferrari"nin pilotu Lyuis Hemilton komandanın rəhbəri Frederik Vasserin istefaya göndəriləcəyi və onu "Red Bull"un sabiq şefi Kristian Hornerin əvəzləyəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, komandadakı atmosferin müsbət olduğunu vurğulayıb:

"Vasserlə birgə doğru istiqamətdə irəlilədiyimizə əminəmmi? Bəli. "Ferrari"də birlik hökm sürürmü? Bəli. Mövsümün qalan yarışları üçün planlarımız? Mübarizə aparmağa davam edəcəyik".