Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.

Offsideplus.az xəbər verir ki, əsas yarış başa çatdıqdan dərhal sonra mərkəzi küçələrdə və Azneft dairəsində söküntü işləri aparılaraq yollar sürücülərin istifadəsinə verilib. Yollardakı məhdudiyyətlərin böyük hissəsi ləğv olunub.

Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan kiçik hissə istisna olmaqla, mərkəzi küçələrdə hərəkət tam təmin edilib.

Qeyd edək ki, bu il nəqliyyatın idarə olunması üçün ilk dəfə Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunmuşdu.