Rusiyalı məşhur MMA döyüşçüsü Fedor Yemelyanenko 50 illik yubileyini qeyd edib. O, altı dəfə Rusiya, dörd dəfə isə dünya üzrə döyüş sambosu çempionu olub, həmçinin "Pride" təşkilatının çempionu, "Pride" Qran-prisinin qalibi, "RINGS" və "WAMMA" çempionu adını qazanıb. Karyerası ərzində Fedor MMA-da 40 qələbə əldə edib, 7 dəfə isə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Fedor Yemelyanenko açıqlamasında belə deyib: "Məşqləri davam etdirirəm və hələ də döyüşə biləcək vəziyyətdəyəm. Mənim fikrimcə, Kutyur Lesnardan daha maraqlı döyüşçüdür. Əgər o hazırdırsa, mən də hazıram".


