"İnter Mayami"də çıxış edən Lionel Messi MLS-də "Kolambus Kryu"ya qarşı keçirilən oyunda sərbəst zərbədən qol vurub.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı futbolçunun karyerasında sərbəst zərbədən vurduğu qolların sayı 76-ya çatıb.

Messi bu göstərici ilə braziliyalı Marselinyu Kariokanın rekorduna yaxınlaşıb. Hazırda rekord 78 qolla Marselinyuya məxsusdur.

Qeyd edək ki, "Əl-Nəsr"in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldu karyerası ərzində 65 sərbəst zərbə qolu vurub.