"Əl-Nəsr" klubunun keçmiş mətbuat katibi Saud Əl-Sərami portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu ilə bağlı sərt və diqqətçəkən iddialarla çıxış edib.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə təcrübəli hücumçu artıq komanda üçün əvvəlki effektivliyə malik deyil.
Əl-Sərami iddia edir ki, vəziyyətin bu şəkildə davam etməsi fonunda Ronaldu qış transfer pəncərəsində – hələ yanvar ayında belə klubla şok şəkildə yollarını ayıra bilər.
Bu açıqlama Səudiyyə Ərəbistanı mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


