"Dallas Maveriks" heyətində yaranan sıxlıq səbəbindən Tarik Biberoviçin komandadakı mövqeyi təhlükə altına düşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mərkəz oyunçusu Dvayt Pauellə yeni müqavilə imzalandıqdan sonra klubun heyətində 15 əsas oyunçu yer alıb. Bu səbəbdən rəhbərlik liqa limitinə uyğunlaşmaq üçün ya oyunçu dəyişməli, ya da birini heyətdən kənarlaşdırmalıdır. Klub Biberoviçi saxlamaq istəsə də, onun iki illik, 6 milyon dollarlıq müqaviləsində ikinci il üçün komandanın seçimi var. Bu struktur, Mark Sasser və Musa Sisse ilə birlikdə, onları heyətdən çıxarılması ən asan namizədlərə çevirir. Qərar 19 oktyabrda başlayacaq 2026–27 mövsümündən əvvəl açıqlanmalıdır.
"Dallas" rəhbərliyi 25 yaşlı Biberoviçi itirməmək üçün onu başqa kluba transfer edə bilər. Lakin ən real variant 35 yaşlı Pauellin heyətdən çıxarılmasıdır. Biberoviç və ya digər oyunçunun göndərilməsi isə son variant kimi nəzərdən keçirilir.
Komanda hazırlıq oyunlarına 9 və 11 oktyabrda Makaoda "Hyuston Rokets"ə qarşı start verəcək. Daha sonra "Dallas"da "Nyu Orlean Pelikans" və "Atlanta Houks"la qarşılaşacaq. Mövsümə isə 21 oktyabrda səfərdə yenidən "Hyuston Rokets"lə oyunla başlayacaq.


