Norveç millisinin və "Benfika"nın yarımmüdafiəçisi Andreas Skiellerup Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının II tur oyunu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, futbolçu qarşılaşmanın ağır keçdiyini və rəqibin çox güclü olduğunu bildirib. "Biz onlara kifayət qədər problem yaratdıq, amma daha çox qol vurmalı idik. Nəticədən məyusuq. Bu, ədalətsizdir. Üç xalı biz qazanmalı idik. Statistika da bəxtimizin gətirmədiyini göstərir (gözlənilən qollar: 2,72 – 1,02). Portuqaliyanın bütün mövqelərində yüksək səviyyəli oyunçular var. Birinci hissədə cəmi bir epizod yaratdılar və dərhal qoldan istifadə etdilər. Onlar ustalıq baxımından çox güclüdür və yaxşı müdafiə olunurlar. Amma biz imkanlarımızdan yararlanmalı idik, əks halda bizi cəzalandırırlar", – deyə Skiellerup vurğulayıb.