UFC-nin orta çəki dərəcəsində çıxış edən Şon Striklend Nəsurdin İmavovla döyüş üçün danışıqlar apardıqlarını təsdiqləyib. Striklend bildirib ki, hazırda əsas məsələ qonorarın razılaşdırılmasıdır və bu həll olunduqdan sonra döyüş rəsmiləşəcək.
Offsideplus.az xəbər verir ki, Striklend sosial şəbəkədə bu sözləri yazıb: "Hazırda qonorar məsələsini müzakirə edirik. Bu məsələni həll etdikdən sonra hər şey razılaşdırılacaq. Problem ondadır ki, heç kim bu saxta fransızla maraqlanmır. Amma biz demək olar ki, məqsədimizə çatmışıq". Daha əvvəl bu qarşılaşmanın ilin sonuna qədər baş tuta biləcəyi bildirilmişdi. Striklend həmçinin qəzaya düşdüyünü qeyd edib: "Saatda 60 mil sürətlə çevrildim. Başımda dəbilqə yox idi, axmaqlıq etdim".


