UFC döyüşçüsü Coş Hokit hesab edir ki, bəzən sadəlövh olmaq ağıllı olmaqdan daha sərfəlidir. O bildirib ki, aşağı intellektə malik insanlar risk etməyə daha meylli olur və bu, onların uğur qazanmasına kömək edir.
Offsideplus.az xəbər verir ki, Hokit fikirlərini belə əsaslandırıb: "Əgər sən sadəsənsə, aşağı IQ-ya maliksənsə, Allaha şükür et. Çünki sən kifayət qədər cəsarətlisən ki, risk edəsən. Yüksək intellektli insan isə daim hər şeyi beynində ölçüb-biçir, çox düşünür və risk etməkdən qorxur. Biz, sadə insanlar isə buna əhəmiyyət vermirik. Sən ideal vəziyyətdəsən. Ona görə də Allaha şükür et və sadəcə hərəkətə keç. Hərəkətdə olan axmaq, yerində dayanan dahini həmişə üstələyəcək".
Qeyd edək ki, Hokit növbəti döyüşünü 15 noyabrda UFC 334-də ağır çəki üzrə kəmər uğrunda Siril Qana qarşı keçirəcək.


