Dünən Millətlər Liqasının D liqasında Azərbaycan millisi Litva ilə heç-heçə etdi - 1:1.

Oyundan sonra yığmanın hücumçusu Vüsal İsgəndərli Offsideplus.az-a açıqlama verib:

“Oyunun gərgin keçəcəyini məşqçilər hər iclasda bizə deyirdi. Ölkəmiz üçün önəmli gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizi qorusun. Ən azı məğlub olmamaq istəyirdik. Qələbə də qazana bilərdik, yaxşı epizodlarımız var idi. Növbəti oyunlara hazırlaşıb, qələbələr qazanmağa çalışacağıq. Kimin qol vurması, oynaması - ad önəmli deyil. Bu gün Mahir vurdu, sabah qismət olar, mən vuraram. Baş məşqçinin mənə güvənib çağırması mənim üçün böyük şeydir. Bu gün şans qazandım. Əlimdən gələnin ən yaxşısını edəcəyəm”.