FIFA referesi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - Ukrayna matçında baş hakim olacaq.

Offsideplus.az xəbər verir ki, ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Karşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim (AVAR) qismində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Gürcüstan - Ukrayna görüşü bu gün - sentyabrın 28-də Tbilisidəki "Dinamo Arena"da baş tutacaq.