Yunanıstanın aparıcı basketbol klublarından olan "Olimpiakos" heyətini iki tanınmış basketbolçu ilə gücləndirib. Komanda 40 yaşlı mərkəz oyunçusu Brayant Danston və 28 yaşlı müdafiəçi Corc Papasla birillik müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, Brayant Danston 2013-2015-ci illərdə də "Olimpiakos"un formasını geyinib. Daha sonra o, "Anadolu Efes"ə transfer olunub və bu komandanın heyətində iki dəfə EuroLeague çempionluğunu qazanıb. Ötən mövsüm "Milan"da çıxış edən amerikalı mərkəz orta hesabla 11 dəqiqəyə 2,9 xal və 2,1 ribaundla yadda qalıb, 17 oyunda iştirak edib. Corc Papas isə 2022-2024-cü illərdə "Olimpiakos"da oynayıb. Sonra bir mövsüm "Peristeri"də çıxış edən müdafiəçi, ötən mövsümü "Panionios" və "Marussi" arasında bölüşdürüb. "Panionios"un heyətində AvroKubokda 9 oyunda meydana çıxan Papas 17 dəqiqəyə 6,2 xal, 2 ribaund və 1 assist göstərib.


