"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Kleberson 2003-cü ildə komandaya birge gəldiyi Kriştianu Ronaldu ilə bağlı maraqlı zarafatı xatırlayıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı sabiq futbolçu gənc Ronaldu ilə soyunub-geyinmə otağındakı söhbətlərini bölüşüb:
"Kriştianu soyunub-geyinmə otağında Ronaldo, Ronaldinyo və digər ulduzlardan danışarkən birdən "Bir gün Fiqudan da yaxşı olacağam!" dedi. Biz də Erik Cemba-Cemba və Rio Ferdinandla birgə onunla zarafat etməyə başladıq: "Kriştianu, bəsdir, zarafat edirsən. Sən heç vaxt Fiqudan yaxşı ola bilməyəcəksən!" Amma o, bunu bacardı və möhtəşəm karyera qurdu".
Kleberson həmçinin müxtəlif dövrlərin futbolçularını müqayisə etməyin çətin olduğunu, hər dövrün öz əfsanələrinin yetişdiyini bildirib.


