Niderland millisinin hücumçusu Kodi Qakpo zədəsinə görə "Liverpul"a qayıtmalı olub.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu Millətlər Liqasında Serbiya ilə oyunun 17-ci dəqiqəsində əvəzlənib. Qakpo "İpsviç"in yarımmüdafiəçisi Saşa Lukiçin müdaxiləsindən sonra topuğundan zədələnib.
"Liverpul" klubu bildirib ki, oyunçu topuq zədəsinə görə Niderland yığmasının düşərgəsini vaxtından əvvəl tərk edib və əlavə tibbi müayinədən keçəcək.
Mersisayd təmsilçisinin növbəti oyunu 11 oktyabrda olacaq və komanda Premyer Liqa çərçivəsində "Mançester Siti"ni qəbul edəcək. Qakpo bu mövsüm Premyer Liqada 5 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


