UFC çempionu Aleks Volkanovski qarşıdakı döyüşdə Movsar Evloevin hakimlərin qərarı ilə onu məğlub edə bilməyəcəyinə əmindir. Volkanovski bildirib ki, Evloev özünə güvənir, lakin bu inamı çox tez əlindən alacaq və rəqibini vaxtından əvvəl məğlub edəcək.
Offsideplus.az xəbər verir ki, Volkanovski bu barədə belə deyib: "Movsar divizionda hamıdan üstündür, amma mən onun üçün çox pis uyğunluqam. Başqalarına işləyən heç nə mənimlə keçməyəcək. Onun üçün ən yaxşı variant vaxtından əvvəl qələbədir, çünki 25 dəqiqə mənə zərbə endirə bilməyəcək". Volkanovski ilə Evloev arasında döyüş 24 oktyabrda Abu-Dabidə keçiriləcək UFC 333 turnirində baş tutacaq.


