Azərbaycan milli komandası dünən Millətlər Liqasının D liqasında ilk oyununa çıxdı. Ayxan Abbasovun kollektivi çətin Litva səfərindən bir xalla dönə bildi.
Aslan Kərimov bu oyun və qrupdakı şanslarımız barədə fikrini Offsideplus.az-la bölüşüb:
“Təbii ki, razı qalmaq üçün qələbə, üç xal olsaydı daha yaxşı olardı. Amma ümumi oyundan öncə də bu oyun haqqında biraz çətin olacağı, hər iki komandanın, hər iki millinin təxmini potensialı barədə danışmışdıq. Yaxın gücdə komandadırlar. Elə bunu oyun da göstərdi. Çünki oyunun özünü hissələrə böləsi olsaq, bəzi zamanlarda biz o qədər də yaxşı oynamadıq. Yəni rəqibimiz daha aqressiv başladı. Elə onun sayəsində də penalti qazanmağı bacardılar. Oyunun birinci hissənin hansısa hissələrində biz daha yaxşı görsənirdik, daha çox hücum edə bilərdik. Effektiv olduğumuz vaxtlar da var idi. Hə, bu effektivliyi qola çevirmək olardımı? Təbii ki, mümkün idi, qol da vurmaq şanslarımız da oldu. O cümlədən rəqib də əslində zəif rəqib deyildi. Litvalıların da bizim qapımız qarşısında qol təhlükələri yaratdılar. Bəlkə də ikinci hissəsi bizim ayağımıza yazmaq olardı, birinci yarını isə litvalılara. Günün sonunda ümumi oyunu nəzərə olsaq, eyni səviyyədə oyun getdi. Bakıda bu komandaya qalib gələ bilərik. Qrupdakı lider olmaq şansımızı da yüksək dəyərləndirirəm”.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda baş tutacaq


