1978-ci ilin dünya çempionu Rikardo La Volpe Argentina millisinin baş məşqçisi Lionel Skaloninin işini davam etdirməsini arzuladığını bildirib.
Offsideplus.az xəbər verir ki, La Volpe Skaloninin komandada yeni nəsil formalaşdırdığını və ən əsası, futbol fəlsəfəsi yaratdığını vurğulayıb. "Mən istərdim ki, Skaloninin işi davam etsin. O, gəldi və bütöv bir nəslə vida etməli oldu. Komanda qurdu və mənim üçün ən vacibi, futbol fəlsəfəsi yaratdı. Onun komandası futbol oynayırdı və bu məni heyran edir", – deyə La Volpe qeyd edib.
O, həmçinin əlavə edib: "Əgər Dieqo Simeonenin komandası oynayırsa, kanalı dəyişirəm. Mən əks-hücum futboluna üstünlük verən məşqçiləri bəyənmirəm".


