"Mançester Yunayted"in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Roy Kin Kou Palmerin durumu ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi zədə səbəbindən İngiltərə millisinin heyətindən kənarlaşdırılıb. Bundan əvvəl isə futbolçunun özü yığmanın növbəti toplanışını buraxmaq qərarı verdiyi bildirilmişdi.
Roy Kin bildirib: "Nə deyim, onun zədəsi nə dərəcədə ciddidir – əgər ümumiyyətlə zədəlidirsə... Onun "Brentford"a qarşı son oyununa baxdım və əgər düşünürsünüzsə ki, Palmer İngiltərə yığmasını yeni səviyyəyə qaldıracaq və ona titullar qazandıracaq, bu barədə unudun. Palmeri bəyənirəm, o, istedadlı oğlandır, amma məncə, onda çoxlu pis vərdişlər var".


