AFFA-nın təşkilatçılığı ilə futbol klublarının məşqçiləri, akademiya direktorları və Məşqçilər Komitəsinin üzvləri üçün skautinq mövzusunda seminar keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbirdə AFFA-nın texniki direktoru Edmond Klaus assosiasiyanın gələcək fəaliyyət istiqamətləri, klublarla əməkdaşlıq və istedadlı futbolçuların müəyyənləşdirilməsi barədə məlumat verib.

Beynəlxalq təcrübəyə malik mütəxəssis Rene Moonen seminarda iştirak edərək oyunçu seçimi və skautinq prosesi ilə bağlı praktiki tövsiyələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.