"IndyCar"ın keçmiş pilotu, hazırda isə ekspert kimi fəaliyyət göstərən Ceyms Hinçkliff "Mersedes"in sürücüsü Corc Rassellin Azərbaycan Qran-prisindəki çıxışı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, ekspert britaniyalı pilotun Bakıda komanda yoldaşı Kimi Antonellidən daha üstün təsir bağışladığını bildirib:
"Hətta Corcun sərbəst yürüşlərdə yaxşı dövrələr vurduğu, təsnifatda uğurla çıxış etdiyi vaxtlarda belə, yarışda üstünlük Kimidə olurdu. Barselonada onu necə ötdüyünü xatırlayın. Avstriyada da hamıya çatmışdı. Lakin Bakıda bu baş vermədi. Kiminin bütün həftəsonu ərzində Corcun tempinə çatmaq imkanı olmadı. Məni həqiqətən bir məsələ maraqlandırır: görəsən, Corc bolidin açarını tapmağı bacardı? Ondan maksimumunu çıxara bildi? Çünki Kimi bu yarışda onunla heç cür müqayisə oluna bilməzdi".


