"Mançester Siti" İngiltərə Premyer Liqasının qərarını apellyasiya və məhkəmə yolu ilə mübahisələndirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş direktoru Ferran Soriano Avropa Klublar Assosiasiyasının iclasında bildirib. Onun sözlərinə görə, yekun qərarın verilməsi üçün hələ xeyli vaxt tələb olunacaq.
Bundan başqa, 25 noyabrda "Real Madrid" prezidenti Florentino Peres və "Barselona" arasında barışıq dinləməsi keçiriləcək. Əgər Peres Negreyra işi ilə bağlı fikirlərindən imtina etməsə, Kataloniya klubu böhtan iddiası qaldıracaq.


