Ötən mövsümün "Qızıl Top" mükafatı uğrunda mübarizə son dərəcə gərgin mərhələyə daxil olub.
Offsideplus.az xəbər verir ki, mükafat üçün favorit dəyişib.
"Barselona"nın gənc ulduzu Lamin Yamal səsvermə faizində Harri Keyni geridə qoyaraq yarışın yeni favoritinə çevrilib.
-
Lamin Yamal (44%): İspaniya millisi ilə beynəlxalq arenada parlaq çıxış edən və "Barselona"nın uğurlarında əsas pay sahibi olan 19 yaşlı istedad zirvəyə yüksəlib.
-
Harri Keyn (42%): "Bavariya"nın heyətində qol rekordları qıran və İngiltərə millisi ilə uğurlu performans göstərən təcrübəli hücumçu yarışda əsas rəqib olaraq yaxından təqibini davam etdirir.



