​"Mançester Siti"nin üzləşdiyi maliyyə-hüquqi ittihamlar və klubun mümkün titul məhrumiyyətləri ilə bağlı müzakirələr səngimək bilmir.

Offsideplus.az xəbər verir ki, son olaraq ortaya çıxan siyahı isə "Çelsi" klubunun bu potensial sanksiyalardan ən çox "bəhrələnəcək" komanda ola biləcəyini göstərir.

​İngiltərə mətbuatında yayılan məlumatlara görə, "Mançester Siti" nəzərdə tutulan mövsümlərdə qazandığı kuboklardan məhrum ediləcəyi təqdirdə, həmin titullar həmin oyunlarda finalçı və ya ən yaxın izləyici olan "Çelsi"yə keçə bilər.

​"Zadəganlar"ın miras ala biləcəyi kuboklar:

  • ​2012/13 mövsümü – İngiltərə Superkuboku (Community Shield): "Siti"nin həmin il əldə etdiyi kubokun "Çelsi"yə verilməsi ehtimal olunur.
  • ​2018/19 mövsümü – İngiltərə Superkuboku (Community Shield): Həmin il "Siti"yə məğlub olan "Çelsi" bu titulun yeni sahibinə çevrilə bilər.
  • ​2018/19 mövsümü – Liqa Kuboku (League Cup): Gərgin mübarizə və penaltilər seriyası ilə yadda qalan həmin turnirin qalibiyyəti "mavilər"in aktivinə yazına bilər.
  • ​2025/26 mövsümü – İngiltərə Kuboku (FA Cup): Son mövsümlərdəki nəticələr fonunda bu nüfuzlu kubokun da London təmsilçisinə ötürülməsi gündəmdədir.

​Hələlik rəsmi qurumlar tərəfindən yekun qərar verilməsə də, hüquqi müstəvidə aparılan bu müzakirələr və mümkün titul dəyişiklikləri Premyer Liqa tarixində əsl presedent yarada bilər.