İspaniyalı keçmiş müdafiəçi Miçel Salgado Braziliyanın "Nort" klubuna baş məşqçi təyin edilib.

Offsideplus.az xəbər verir ki, 2022-ci ildə yaradılan "Nort" 2027-ci ildə ilk dəfə Braziliya Seriya D-də və ölkə kubokunda çıxış edəcək. Bu, Salgadonun peşəkar böyüklər komandasında baş məşqçi kimi ilk təcrübəsidir.

O, daha əvvəl Misir millisinin məşqçi heyətində yer alıb, Kiprin "Pafos" klubunda idman direktoru kimi çalışıb və iki dəfə müvəqqəti baş məşqçi olub. 2016-2017-ci illərdə Salgado FIFA və UEFA üzvü olmayan Qalisiyanın yığmasına rəhbərlik edib. 2024-cü ildən isə o, Səudiyyə Ərəbistanı U-15 yığmasına başçılıq edib.