"Mançester Siti"nin baş icraçı direktoru Ferran Soriano avropalı klubların rəhbərləri ilə keçirilən görüşdə klubun Premyer Liqanın ittihamlarına qarşı sonadək və qətiyyətlə mübarizə aparacağını bəyan edib.
Offsideplus.az xəbər verir ki, görüşdə iştirak edən mənbələrin məlumatına görə, Soriano prosesin uzun çəkəcəyini vurğulayaraq qeyd edib:
“Bu işə artıq 8 il sərf olunub və yekun qərara gəlmək üçün daha çox vaxt tələb olunacaq”.


