İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali komandanın nəticə əldə etməsi üçün zamana ehtiyacı olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasının birinci turunda İtaliya Belçikaya 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Roberto Mançininin yetirmələri bu gün ikinci turda səfərdə Türkiyə ilə qarşılaşacaq.
"Düşünürəm, bir çox insan məyus oldu. Həqiqətə baxmaq və bu məğlubiyyətin nəticələrindən danışmaq lazımdır – azarkeşlərin fitə basmasından tutmuş, paltardəyişmə otağında üzlərin tutqun olmasına qədər. Amma bunu qəbul etmək lazımdır: oyun alınmadı və biz məğlubiyyəti haqq etdik. İndi düzgün reaksiya vermək vacibdir və yaxın vaxtda bunun üçün imkanımız olacaq. Bizdə əla, sağlam kollektiv var, bir çox gənc oyunçu komandadadır. Hər şeyi dərhal əldə etmək mümkün deyil – bizdə hansısa bir ulduz oyunçu yoxdur. Bizə vaxt lazımdır: birlikdə vaxt keçirmək, işləmək və prosesdən zövq almaq. Biz güclü, möhkəm oğlanlarıq. Zaman keçdikcə ən yaxşı keyfiyyətlərimiz mütləq üzə çıxacaq", – deyə "Tottenhem"in oyunçusu Sky Sport Italia-ya açıqlamasında bildirib.


