Keçmiş UFC ağır çəki çempionu Frensis Nqannunun məşqçisi Erik Niksik hesab edir ki, kamerunlu idmançı MMA tarixinin ən böyük döyüşçüsünə çevrilə bilərdi.

Offsideplus.az xəbər verir ki, Niksik bu barədə belə danışıb: "Əgər Nqannunun inkişafına, Jairzinho Rozenstrukla döyüşündən başlayaraq Siril Qanla qarşılaşmasına qədər baxsaq, böyük uğurlar əldə etdik. Təəssüf ki, MMA-da daha çox vaxtımız olmadı. Məncə, bir çox rekordu qıra bilərdik və Frensis tarixdə ən böyüyə çevrilərdi. Açığı, onun daha çox MMA döyüşündə iştirak etməsini istərdim".

Nqannu UFC-də son döyüşünü 2022-ci ildə keçirib və hakimlərin qərarı ilə Siril Qana qalib gələrək ağır çəki kəmərini qoruyub. Sonrakı dörd il ərzində o, qəfəsə iki dəfə çıxıb, Renan Ferreyra və Felipi Linsi nokautla məğlub edib. 40 yaşlı Nqannunun MMA-da ümumilikdə 19 qələbəsi və 3 məğlubiyyəti var.

Frensis Nqannu UFC prezidenti Dana Uayt barədə də danışıb: "O, mənim heç vaxt azad agent olmamağım üçün əlindən gələni edirdi. Bununla barışmalı olacaqsan".