Braziliyalı qapıçı Neto karyerasını yenidən "Yuventus"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qolkiper Turin klubu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalayıb. Neto 2025-ci ildən "Botafoqo"da çıxış edib və yayda azad agent statusu qazanıb. O, 2015-2017-ci illərdə də "Yuventus"un şərəfini qoruyub. Karyerası ərzində həmçinin "Barselona", "Fiorentina", "Valensiya" kimi klublarda oynayıb.

"Yuventus" Netonu əsas qapıçı Kamil Grabaranın dizində ön çarpaz bağların zədələnməsi səbəbindən heyətə qaytarıb.