Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantino ilə görüşündə ölkədə keçiriləcək U-15 və U-20 dünya çempionatlarına hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, dövlət başçısı gələn ay ilk dəfə təşkil ediləcək 15 yaşadək futbolçular arasında FIFA dünya çempionatı və festivalı, həmçinin 2027-ci ildə baş tutacaq U-20 dünya çempionatına görülen işləri diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu mötəbər turnirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayaraq, tədbirlərin ümumilikdə regionda futbolun inkişafına böyük təkan verəcəyinə inamını ifadə edib.


