FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə təşkil olunacaq FIFA U-15 dünya çempionatı və Festivalı 2026-ya hazırlıq prosesi ilə tanış olmaq üçün Azərbaycana səfər edib.

Offsideplus.az xəbər verir ki, səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və Canni İnfantino turnirin oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa edilən futbol bazasında olublar.

Ali futbol qurumunun rəhbərinə 10 futbol meydançasından ibarət kompleksdə aparılan tikinti işlərinin gedişatı və yarışa hazırlıq mərhələsi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası FIFA-nın və şəxsən Canni İnfantinonun fəaliyyətini tam dəstəkləyir.