UFC döyüşçüsü Coş Hokit hesab edir ki, Tom Aspinall göz zədəsini simulyasiya edərək təşkilatla müqaviləsini başa vurmağa çalışır.
Offsideplus.az xəbər verir ki, Hokit bu barədə belə danışıb: "Mən ümumiyyətlə inanmıram ki, bu problem gerçəkdir. Mənə elə gəlir, Aspinall komanda yoldaşlarından yastığa qaz buraxmağı xahiş edir, sonra həmin yastıqda yatır. Nəticədə onda konyunktivit yaranır və o, sosial şəbəkələrdə paylaşır: 'Məni yazıq bilin, döyüşə bilmirəm'. Sonra guya hansısa əməliyyat keçirir və başqa bəhanələr gətirir. Əminəm ki, o, sadəcə müqavilədən çıxmağa çalışır. Bütün bunlar saxtadır. Bilmirəm, həkimlərə pul verir, ya yox, amma məncə, o, sadəcə boksda pul qazanmaq istəyir".
Qeyd edək ki, Tom Aspinall daha əvvəl gözündə təkrar zədə alıb və UFC-nin ağır çəki kəmərindən imtina edib.


