“Qarabağ”ın hücumçusu Zakaria Savo zədəsini sağaldıb. 

Bu barədə klubun mətbuat xidməti Offsideplus.az-a məlumat verib. 

26 yaşlı futbolçu artıq komanda ilə məşqləri bərpa edib. 

Qeyd edək ki, Savo ÇSKA (Sofiya) ilə oyunda 8 həftəlik sıradan çıxmışdı. O, Ağdam təmsilçisinin heyətində 4 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə etməyi bacarıb.