"Aston Martin" komandası 2027-ci il mövsümündə də mövcud pilot heyətini qoruyub saxlayacaq.

Offsideplus.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi Fernando Alonso və Lens Stroll ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.

Hər iki sürücü 2027-ci il mövsümündə də "Aston Martin"in heyətində mübarizə aparacaq.