Fransa millisinin sabiq hücumçusu Olivye Jiru cari mövsümün sonunda peşəkar futbolçu karyerasını yekunlaşdıracağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, hazırda "Lill"də cıxış edən 39 yaşlı forvard bu barədə "L’Equipe" nəşrinə müsahibəsində bildirib.

Təcrübəli hücumçu hər anın dadını çıxarmağa çalışdığını qeyd edib:

"Gələn il də həvəslə müsahibə verə bilərəm, amma bir futbolçu kimi çox böyük ehtimalla bu, mənim son mövsümümdür. Məhz buna görə də hər anın dəyərini bilməyə çalışıram".

Karyerası ərzində "Monpelye", "Arsenal", "Çelsi" və "Milan" kimi klublarda oynamış Jiru klub səviyyəsində keçirdiyi 806 matçda 303 qol vurub. Fransa yığmasında isə 137 oyunda 57 dəfə fərqlənən təcrübəli hücumçu bir müddət milli komandanın tarixində ən məhsuldar futbolçusu unvanını daşıyıb.