"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün nəzərdə tutulan paket biletlərin satışını oktyabrın 1-də başa çatdıracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli" ilə ev oyunlarında eyni yeri təmin etmək imkanı yaradır. Biletləri oktyabrın 1-i saat 12:00-dək əldə etmək mümkündür və bu vaxtdan sonra paket satışı dayandırılacaq.

Paket satışları yekunlaşdıqdan sonra klub hər matç üçün fərdi biletlərin satışına start verəcək. Fərdi biletlərin satış tarixi barədə əlavə məlumat veriləcək.