"Zirə"nin legionerləri milli komandalarının heyətində növbəti matçlarına çıxıblar.

Offsideplus.az xəbər verir ki, həm Quima, həm də Anje Mutsinzi milli komandalarının qələbəsində böyük pay sahibi olublar.

Mozambik millisinin şərəfini qoruyan Quima Sudana qarşı keçirilən qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.

Ruanda millisinin müdafiəçisi Anje Mutsinzi isə səfərdə Kabo Verdeyə qarşı oyunda fərqlənib. O, komandasının 2:1 hesablı qələbə qazandığı matçda 1 məhsuldar ötürmə müəllifi olub.