İngiltərə millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümünün ikinci turunda Çexiya üzərində 2:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, bu qarşılaşmada onların heyətində ilk dəfə olaraq İngiltərə klublarında çıxış etməyən 5 futbolçu rəsmi oyunda meydana çıxıb.

Bütün məhsuldar epizodlar məhz bu oyunçuların payına düşüb.

Harri Keyn ("Bayern Münhen", Almaniya, qol), Entoni Qordon ("Barselona", İspaniya, qol), Trent Aleksandr-Arnold ("Real Madrid", İspaniya, assist), Cud Bellinqem ("Real Madrid", İspaniya) və Trevo Çaloba ("Komо", İtaliya) matçda iştirak edib.