Azərbaycan U-21 yığması bu gün 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb

Offsideplus.az xəbər verir ki, millimiz şotlandiyalı yaşıdları ilə qarşılaşıb.

"Reqbi Park" stadionunda baş tutan görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

U-21 millimizin qollarına Nəriman Axundzadə və Raul Məmmədov imza atıb.

Doqquz turdan sonra Azərbaycan 7 xalla qrupda 5-ci yerdədir. Şotlandlar isə 14 xalla 3-cü yerin sahibidir.

Qeyd edək ki, oktyabrın 6-da Cəbəllütarriq U-21 millisi ilə qarşılaşacaq yığmamız bu oyunla seçmə mərhələni başa vuracaq.