Joël Embiid ABŞ yığmasının heyətində LeBron Ceymslə birlikdə Fransada keçirilən Olimpiya basketbol turnirində qızıl medal qazanıb. LeBron Ceyms növbəti mövsüm üçün "Filadelfiya Siksers"i seçib və qərarının əsas səbəblərindən birinin "böyük oyunçuya" dəstək vermək olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Embiid bu barədə fikirlərini bölüşüb: "Olimpiadada iştirakım bir çoxlarını narahat etmişdi. Amma indi bunun bəhrəsini gördük – həm qızıl medal qazandıq, həm də LeBronu heyətimizə qatdıq. Ətrafımdakı insanlar yaxşı bilir ki, məni ən çox maraqlandıran qələbələrdir. Onlar üçün hər şeyə hazıram. Yığmada olmaq əla idi. Hər şey uyğun kollektivdən asılıdır. LeBron ən yaxşı oyunçulardan biridir, basketbol düşüncəsi çox yüksəkdir, oyunu eyni prizmadan görürük. Komandamızla birlikdə meydana çıxmaq maraqlı olacaq. Üstəlik, Ceylen Braun da var. "Boston Seltiks"lə illərdir apardığımız mübarizələrdən bir şey öyrəndimsə, o da onun rəqabətə olan münasibətidir. Liqada hər iki tərəfdə yüksək səviyyədə çıxış edən oyunçular çox deyil. Keçən mövsümün 7-ci oyununda bunun yaxşı nümunəsi oldu. Heç kim məni dayandıra bilmirdi. O bunu başa düşürdü, amma yenə də mübarizə aparırdı".