Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 milli komandasının keçirəcəyi yoldaşlıq görüşləri canlı yayımlanacaq.
Offsideplus.az xəbər verir ki, yığmamız oktyabrın 3-də saat 18:00-da Moldovanın, oktyabrın 6-da saat 16:00-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda baş tutacaq hər iki qarşılaşmanı "CBC Sport" telekanalının "yutub" səhifəsi vasitəsilə canlı izləmək mümkün olacaq.


