"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı heyətinə qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi norveçli qolçunun transferi üçün növbəti yay transfer pəncərəsində İngiltərə təmsilçisinə 151 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"də çıxış edən 26 yaşlı forvard bu müddət ərzində iki dəfə Premyer Liqa çempionluğu və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.

O, "Mançester Siti" karyerasında 205 oyuna 169 qol vurmağı bacarıb.

Haaland Norveç yığmasında isə 57 oyunda 65 dəfə rəqib qapılarına yol tapıb.