Türkiyə milli komandasının və "Xetafe"nin hücumçusu Enes Ünal gənc futbolçuların inkişafında ən böyük çətinliyin peşəkar səviyyədə oynamaq imkanının azlığı olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvard "FourFourTwo" nəşrinə müsahibəsində gənclərin yetkin futbolçulara karşı mübarizə aparmasının vacibliyini vurğulayıb:

"Gənc hücumçunun inkişafında ən böyük çatışmazlıq oyun təcrübəsidir. Yalnız uşaq futbolu səviyyəsində oynamaq kifayət etmir. Mən akademiyada 4-5 il çıxış etdim və 200-dən çox qol vurdum. Lakin bu, özümü real səviyyədə sınamaq üçün yetərli deyildi. Bəlli bir yaşa gəldikdən sonra artıq peşəkar futbolçulara karşı mübarizə aparmalısan. İngiltərədə gənclər U-21 çempionatında oynayır, sonra aşağı liqalar kirayə gedirlər. İspaniyada isə "Xetafe"nin əvəzedici heyəti birbaşa aşağı liqalarda böyüklərə qarşı oynayır. Hər həftə çörəyini futboldan çıxaran yetkin kişilərə qarşı oynayaraq yetişirsən. Təhsil və akademiya önəmlidir, lakin futbolçu yalnız oynayaraq inkişaf edir".

Qeyd edək ki, 29 yaşlı hücumçu karyerası ərzində "Bursaspor", "Mançester Siti", "Vilyarreal", "Xetafe" və "Bornmut" kimi klublarda çıxış edib.