“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.

Kapitan Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb:

"Bizim üçün vacib matç olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını da düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var".

Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.