İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Kris Smollinq karyerasını "Portu"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu portuqal klubuna azad agent kimi qoşulacaq. Hazırda Smollinq tibbi müayinədən keçir.

Qeyd edək ki, təcrübəli müdafiəçi son iki mövsümü Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubunda keçirib.