Azərbaycan Basketbol Liqasında yeni mövsüm bu gün start götürüb.

Offsideplus.az xəbər verir ki, açılış oyununda ötən mövsümün iki finalçısı üz-üzə gəlib: "Sabah" və "LANDAU Lions"

Bakı İdman Sarayında baş tutan görüş, saat 19:30-da başlayıb. Matç "bayquşlar"ın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, ABL bu mövsümdən etibarən yeni formatda keçirilir. Çempionatın müntəzəm mövsümü 8 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq.

ABL, I tur

19:30 "Sabah" - "LANDAU Lions" 84:74 (14:17, 17:17, 24:25, 29:15)

Bakı İdman Sarayı