Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun Norveçlə oyundan (2:1) sonra narazı qalmasının səbəblərini izah edib.

Offsideplus.az xəbər verir ki, Jezuş Ronaldunun iki qarşılaşmada – Norveç və Danimarka ilə oyunlarda meydana çıxmayacağını əvvəlcədən bildirdiyini deyib. O, matç zamanı Ronaldunun lazım ola biləcəyini düşünüb və onu isinməyə göndərib, lakin sonradan meydana buraxmayıb.

"Heç bir insident baş verməyib. Mən Krişa dedim ki, bu iki oyunda oynamayacaq. Oyun zamanı fikirləşdim ki, bəlkə ehtiyac olar, isinməyə göndərdim, amma sonra meydana buraxmadım. Heç bir oyunçu, 20-30 dəqiqə isinib meydana çıxmayanda razı qalmaz. Xüsusilə də Kriştiano kimi ulduz. Bu, qaydadır, hamının hüquqları bərabərdir və qərarı mən verirəm. Məni heç kim – nə oyunçu, nə də prezident – qərarımı dəyişməyə məcbur edə bilməz. Mən baş məşqçiyəm və qərarları özüm verirəm", – deyə Jezuş bildirib.

O, Ronaldunun mətbuat konfransında dediyi sözləri də xatırladıb: "O dedi ki, mən buradayam, qərarı sən verirsən. Oynamağımı istəyirsənsə, oynayaram, ehtiyatda qalmağımı istəyirsənsə, ehtiyatda oturaram".