"Liverpul"un cinah oyunçusu Rio Ngumoa İngiltərə yığmasının rəsmi oyunlarında debüt edən ən gənc futbolçular siyahısında üçüncü pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu bu yay İngiltərə millisində yoldaşlıq görüşündə meydana çıxsa da, rəsmi debütünü Millətlər Liqasında Çexiyaya qarşı oyunda (2:0) ikinci hissədə əvəzetmə ilə edib. Ngumoa milli komandada rəsmi debütünü 18 yaşı tamam olduqdan 31 gün sonra gerçəkləşdirib. İngiltərə millisində rəsmi matçda ondan daha gənc yaşda yalnız Ueyn Runi (17 yaş 156 gün) və Cud Bellinqem (17 yaş 269 gün) debüt edib.