Dünən “Sabahın Ulduzları”nda final görüşü keçirildi.
Mükafatlandırma mərasimindən sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev təəssüratlarını Offsideplus.az-la bölüşüb:
“Məncə, əla turnir oldu. Emosiya, əsl rəqabət və yaxşı futbol gördük. Mən bu uşaqlara böyük gələcək arzu edirəm”.
Baş katib əvvəlki “Sabahın Ulduzları” layihəsində üzə çıxan futbolçularla bağlı da fikir bildirib:
“Bu turniri izləyənlər çox böyük ulduzlar gördü. Sadəcə, o ulduzları itirməmək lazımdır. Onlar bizim gələcəyimizdir”.


